"Qarabağ" qrup oyunlarını harada keçirəcək?
“Qarabağ” Avropa Liqasını qrup mərhələsindəki oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. SportLine.az xəbər verir ki, bunu stadionun direktoru Şamil Quliyev bildirib. Onun sözlərinə görə, bu cür problemlər məhz avqust istilərindən sonra baş verir. Qrup mərhələsinin başlanacağı sentyabrda ot örtüyü tam qaydasında olacaq. “Qarabağ” da rəqiblərini bu arenada qəbul edəcək. “Göteborq”un UEFA-ya ot örtüyündən şikayətini əsassız adlandıran Quliyev deyib ki, “UEFA nümayəndələri oyunqabağı stadionu nəzərdən keçiriblər və heç bir problemin olmadığını bildiriblər.
Xatırladaq ki, Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasında respublika stadionunun ot örtüyü bərbad vəziyyətdə idi.