"Qarabağ" rəsmiləri Lüksemburqda işgüzar görüşdə

"Qarabağ" komandası sabah Avropa Liqasının qrup mərhələsində Lüksemburq "Düdelanj"ının qonağı olacaq.

Sportline.az  klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, bu gün Ağdam təmsilçisinin rəhbərliyi ilə Lüksemburqdakı Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyası arasında işgüzar görüş keçirilib.

Görüşdə assosiasiya üzvlərinin sabah "Düdelanj"la keçiriləcək oyunda "Qarabağ"a stadiondan dəstək olacaqları bildirilib.