"Qarabağ" Reynaldonun transferindən nə qədər qazanacaq?
Reynaldonun transferinin "Qarabağ"a 500 000 avroya yaxın pul qazandıracağı haqda yayılan məlumat həqiqətə yaxındır. Sportline.az xəbər verir ki, azerisporta açıqlamasında "Rəvan" və "Adanaspor" klublarının sabiq baş məşqçisi Güvənc Kurtar da bunun ağlabatan olduğunu deyib: "Yəqin ki, söhbət buna yaxın məbləğdən gedir. Baş məşqçi Levent Şahinin bu transferdə maraqlı olduğunu nəzərə alsaq, Reynaldo çox güman ki əsas heyətdə oynayacaq".