"Qarabağ" Romada məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turu start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" cari mövsümdə son matçını "Roma"ya qarşı keçirəcək.

Növbəti mərhələ imkanlarını itirən "köhlən atlar" azarkeşlərini gözəl futbolla sevindirmək niyyətindədirlər. Matçın əhəmiyyəti "Canavarlar" üçün daha böyükdür. Hazırda 8 xalla 2-ci pillədə qərarlaşan İtaliya klubu, xal itirəcəyi təqdirdə Çempionlar Liqası ilə vidalaş bilər. Buna görə, rəqibin meydana optimal heyətlə çıxacağı şübhə doğurmur.

"Stadio Olimpiko"da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.


05 dekabr 2017
Çempionlar Liqası
"C" qrupu, 6-cı tur

"Roma" - "Qarabağ" - 1:0
QOL:
Perotti, 53 (1:0)
SARI VƏRƏQƏLƏR: Donald Gerye, 42 ("Qarabağ"); Miçel, 57 ("Qarabağ"); Edin Dzeko, 61 ("Roma"), Elvin Yunuszadə, 61 ("Qarabağ"); Yakub Jezniçak, 88 ("Qarabağ")
Roma, "Stadio Olimpiko"


“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

BAŞ HAKİM: Tobias Ştiler;
KÖMƏKÇİ HAKİMLƏR: Mayk Pikel, Yan Zaydel;
ƏLAVƏ KÖMƏKÇİ HAKİMLƏR: Bastian Dankert, Harm Osmers;
DÖRDÜNCÜ HAKİM: Kristian Qittelman.
Hakimlər Almaniyadandır

Standings provided by Sofascore LiveScore