"Qarabağ" "Rostov"la qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışı keçəcək "Qarabağ"ın yoxlama oyunları üçün daha bir rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, hazırlıq çərçivəsində Ağdam təmsilçisi Rusiya Premyer Liqasında uğurlu mövsüm keçirən "Rostov" olacaq.
Qurban Berdıyevin komandası ilə oyun iyunun 28-ə planlaşdırılıb.
Xatırladaq ki, "köhlən atlar" ilk görüşdə Avstriyanın "Vakker" klubu ilə üz-üzə gələcək.