"Qarabağ" Salonikidən xəbər gözləyir
Yunanıstan PAOK-nun futbolçusu Pedro Enrikenin “Qarabağ”a icarəyə verilməsi ilə bağlı yekun qərar bu gün qəbul olunmalıdır. Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin meneceri bu gün Salonikidə klub rəhbərliyi ilə məsələyə aydınlıq gətirəcək. Xatırladaq ki, Pedro Enrike 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a transfer olunub.