"Qarabağ" Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Ağdam rayonunun işğalından 24 il ötür. Sportline.az “Qarabağ”ın saytına istinadən xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl, direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanov, futbolçuları və azarkeşləri bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərimizin ruhunu yad edən “Qarabağ” camiəsi daha sonra Ağdamın işğalından danışıb. Komandanın yeni transferlərinə də Qarabağda törədilən faciələr haqda da məlumat verilib.