“Qarabağ”: tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!

“Qarabağ” klubunun mətbuat xidməti komandanın ardıcıl altıncı dəfə Avropa kuboklarının qrup mərhələsinə düşməsindən bəhs edən videoçarx hazırlayıb.

Sportline.az xəbər verir ki, çarxda komandanın ölkə xaricində və Azərbaycanda yaşayan azarkeşləri yer alıblar. Bundan başqa, Şimali İrlandiyanın “Linfild” klubu ilə Bakıda keçirilən cavab matçı öncəsi, oyunun gedişatı və sonrası yaşananlar da əks olunub.

Xatırladaq ki, “Qarabağ” “Linfild”i üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.