"Qarabağ" yeni tarix yazdı!
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. Azərbaycan çempionu - "Qarabağ" Moldovada "Şerif"lə üz-üzə gəlib.
Bakıda rəqib qapısına yol tapmaqda çətinlik çəkən Ağdam təmsilçisi, cavab matçına da favorit qismində çıxıb.
Statusunu təstiqləyən "köhlən atlar" Tiraspolda qələbə qazanıblar.
Bununla da, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
01 avqust 2017
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
QOLLAR: Ndlovu, 45+3 (0:1); Miçel, 86 (0:2); Badibanqa, 90+4/p. (1:2)
“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu
İlk oyun – 0:0