“Qarabağ” Türkiyəyə yola düşdü

Topaz Premyer Liqasının lideri "Qarabağ" qış hazırlıqlarına start verir. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb.

Ağdam təmsilçisi təlim-məşq toplanışı zamanı "IC Santai" otelində məskunlaşacaq və 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Belə ki, komanda yanvarın 15-də "Skenderbeu" (Albaniya), 18-də "Styaua" (Rumıniya), 22-də ilk olaraq "Atırau" (Qazaxıstan), daha sonra isə "Termalitsa" (Polşa) klubu ilə qarşılaşacaq.

Banner