"Qarabağ" üçün daha iki potensial rəqib

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın daha 2 potensial rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, söhbət “Voyvodina”(Serbiya) və “Universitatya Kluj” (Rumıniya) klublarından gedir.

Xatırladaq ki, əvvəlcə bu siyahıda “Derri Siti” (İrlandiya), “Aluminiy” (Sloveniya) və “Vestri” (İslandiya) komandaları yer alırdı.

Hələlik “Hammarbü” (İsveç), “Jilina” (Slovakiya) və İsrail, Ukrayna, Bolqarıstan və Moldova klublarının hansı səbətdə yer alacağı məlum deyil.