"Qarabağ" və "Neftçi"nin oyunları canlı yayımlanacaq

"Qarabağ" və "Neftçi" komandalarının bu həftə keçiriləcək avrokubok oyunları canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, CBC Sport telekanalı II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərini azarkeşlərə canlı təqdim edəcək.

Tamaşaçılar iyulun 31-də Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" -  "Dandolk", ertəsi gün isə Avropa Liqasının II raundunda "Neftçi" - "Arsenal" görüşünü izləyə biləcəklər.

"Qarabağ" rəqibini "Dalğa Arena", "Neftçi" isə "Bakcell Arena"da qəbul edəcək. Hər iki görüş 21:00-da başlanacaq.