"Qarabağ" və "Qəbələ"nin futbolçuları prezidentlə görüşüblər

Albaniya prezidenti İlir Meta ölkəmizə səfər edib. 

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində ölkəmizdə çıxış edən albaniyalı futbolçular -  Ansi Aqolli ("Qarabağ") və Sabien Lilay ("Qəbələ")  ölkə başçısı ilə görüşmək imkanı əldə ediblər. Futbolçular görüşə görə ölkə başçısına təşəkkür ediblər.

Qeyd edək ki, İ.Meta martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.