"Qarabağ" Vyana Kubokunu qazandı

Avstriya həvəskarlar liqasında mübarizə aparan "Qarabağ" komandası Vyana Kubokuna sahib çıxıb. SportLine.az xəbər verir ki, "Ernst Happel" stadionunda keçirilən həlledici matçda rəqib "Qersthofer" olub. Görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.