"Qarabağ"dan "qızıl dubl"!
Bu gün Azərbaycan kubokunda 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Neftçi" üz-üzə gəlib.
Gərgin mübarizə ilə yadda qalan görüşdə qalib əlavə vaxtda müəyyənləşib. Miçelin 120-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə kuboku qazandırıb.
25 may 2016
Azərbaycan kuboku
FİNAL
“Qarabağ” – “Neftçi” - 0:0
ƏLAVƏ VAXT: 1:0
QOL: Miçel, 120 (1:0)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu