"Qarabağ"da ciddi itki
"Qarabağ" əsas heyət futbolçularından Dani Kintananı itirib. Onun uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
SportLine.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi görüşün 20-ci dəqiqəsində dizindən zədə alaraq oyunu davam etdirə bilməyib. Onu Əfran İsmayılov əvəzləyib.