“Qarabağ”dan inamlı qələbə, Tovuzda heç-heçə
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Meydan sahibi komanda 2 top fərqi ilə irəlidə olsa da, hesabda üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. “Qəbələ” 2 qol vuraraq rəqib meydanında 1 xal qazanmağı bacarıb.
Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edib. Bu matçda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
19:30. “Qarabağ” – “Sabah” - 2:0
Qollar: Juninyo, 56 (1:0), Hamidu Keyta, 88 (2:0)
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
16:30. “Turan Tovuz” – “Qəbələ” - 2:2
Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)
Qırmızı vərəqə: Xəqani Məmmədov, 30 ("Qəbələ", məşqçi)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
15 sentyabr (cümə)
17:00. “Zirə” – “Sumqayıt” - 1:0
16 sentyabr (şənbə)
“Kəpəz” – “Səbail” - 0:3
“Araz-Naxçıvan” – “Neftçi” - 1:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Zirə | 6 | 5 | 0 | 1 | 6-2 | 15 |
2 | Qarabağ | 6 | 3 | 1 | 2 | 9-5 | 10 |
3 | Turan Tovuz | 6 | 3 | 1 | 2 | 11-8 | 10 |
4 | Səbail | 6 | 3 | 1 | 2 | 11-9 | 10 |
5 | Araz-Naxçıvan | 6 | 3 | 1 | 2 | 7-7 | 10 |
6 | Neftçi | 6 | 2 | 2 | 2 | 5-4 | 8 |
7 | Sumqayıt | 5 | 2 | 1 | 2 | 7-5 | 7 |
8 | Sabah | 5 | 1 | 1 | 3 | 6-7 | 4 |
9 | Kəpəz | 6 | 1 | 1 | 4 | 3-9 | 4 |
10 | Qəbələ | 6 | 1 | 1 | 4 | 4-13 | 4 |
Bombardirlər:
Aleksandr Ramalinqom ("Səbail") - 4 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Belajdi Pusi ("Turan Tovuz") - 3 qol
Osama Xalayla ("Qəbələ") - 3 qol
Olavio Juninyo ("Qarabağ") - 3 qol
Adama Diakabi ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Rövlan Muradov ("Sumqayıt") - 2 qol
Roderik Miller ("Turan Tovuz") - 2 qol
Mate Kvirkviya ("Kəpəz") - 2 qol