"Qarabağ"ın ilk transferi
“Qarabağ” qış fasiləsində ilk transferi gerçəkləşdirib.
SportLine.az Qol.Az saytına istinadən xəbər verir ki, 22 yaşlı gənc yarımmüdafiəçi Elşən Abdullayevlə karyerasını Ağdam klubunda davam etdirəcək. Onunla 1.6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Abdullayevin son klubu “Neftçi” olub. O, Ağdam klubuna azad agent kimi keçdiyindən "Neftçi"yə təzminat ödənilməyib.