"Qarabağ"dan yeni transfer xəbəri ilə bağlı açıqlama

"Qarabağ” Amar Rəhmanoviçi transfer etməyə hazırlaşmır”.
 
Sportline.az xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
 
Klub rəsmisi Bosniya və Herseqovina mətbuatının yaydığı məlumatı yalanlayıb:
 
"O futbolçu ilə maraqlanmamışıq. Yəqin menecerlər bu yolla Rəhmanoviçi reklam edir”.
 
Qeyd edək ki, Amar Rəhmanoviç Bosniya və Herseqovinanın "Sarayevo” klubunda çıxış edir.