"Qarabağ"ın Ağdamla bağlı paylaşımı

"Qarabağ" Ağdamın işğalının 26-cı il dönümü ilə bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, "Qarabağ", rəsmi saytı və "Facebook" səhifəsində yayımladığı paylaşımda bu şəhəri təmsil etməkdən qürur duyduğunu vurğulayıb.

Bundan başqa, oxuculara Ağdam haqda Azərbaycan və ingilis dillərində məlumat verilib.

Qeyd edək ki, bu gün "Qarabağ"ın təmsil etdiyi Ağdam rayonunun işğalından 26 il keçir.