"Qarabağ"ın Beqoviçlə bağlı paylaşımı

"Bornmut"un mövsümün ilk yarısını "Qarabağ"da keçirən qapıçısı Asmir Beqoviç "Milan"a icarəyə verilib.

Sportline.az  xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib:

"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"

Qeyd edək ki, Beqoviç "Milan"la bu mövsümün sonuna qədər müqavilə imzalayıb.