"Qarabağ"ın etirazı qəbul olunmadı

AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib. Sportline.az xəbər verir ki, ölkə çempionu  Premyer Liqanın XVIII turunda "Kəpəz"lə oyunun 86-cı dəqiqəsində Ağabala Ramazanova göstərilmiş sarı vərəqəyə etiraz edib. Klub həmin vərəqəni haqsız sayaraq, matçın protokolunda müvafiq qeyd edib. Lakin İntizam Komitəsi baş hakim Ömər Paşayevin qərarını qüvvədə saxlayıb. Nəticədə Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. O, XIX turda "Qəbələ" ilə səfər matçına çıxa bilməyəcək.

 

Banner