"Qarabağ"ın futbolçuları Avroliqanın öncüllərindəndir

"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə görə ön sıralarda qərarlaşıb.

Sportline.az  UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür.

Braziliyalı forvard qapıya dəqiq zərbələrdə (11) 5-7-ci sıralarda yer alb.

Komandanın yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində bunu 28 dəfə reallaşdırıb.

Qapıçı Andrey Lunyov isə turnirdə qurtarış sayında ikincidir. O, 44 dəfə komandasını qoldan xilas edib.

Xatırladaq ki, "Qarabağ" Avroliqanın 1/8 finalında "Bayer"ə uduzaraq mübarizəni dayandırmışdı.

O, "Bayer" ki, ötən gecə finalda "Atalanta"ya 0-3 hesabı ilə məğlub olub.