"Qarabağ"ın futbolçusu Amerikada "ən yaxşı" seçildi
"Qarabağ"ın futbolçusu Donald Gerye KONKAKAF-da (Şimali və Mərkəzi Amerika, Karib hövzəsində ali futbol qurmu) "ilin ən yaxşı yarımmüdafiəçisi" adına layiq görülüb. SportLine.az xəbər verir ki, Haiti millisinin də şərəfini qoruyan futbolçu komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında keçirilən səsvermədə 33% respondentin etimadını qazanıb.
Bu nominasiyada David Quzman (Kosta-Rika, "Portland Timbers") ikinci, Brayan Ruis (Kosta-Rika, "Sportinq") 3-cü olub.
Qeyd edək ki, D.Gerye yay transfer pəncərəsində "Alanyaspor"dan "Qarabağ"a keçib.