"Qarabağ"ın futbolçusu İtaliyaya qarşı oynaya bilər

Albaniya millisinin DÇ-2018-in təsnifat mərhələsində İtaliyaya və yoldaşlıq görüşündə Bosniya-Herseqovinaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi - Ansi Aqolli də Canni De Byazidən təklif alıb. 

A.Aqolli seçmə mərhələnin əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb. 

İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də  keçiriləcək. Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb.