"Qarabağ"ın futbolçusu komandadan gedir

"Qarabağ" klubunun futbolçusu Ailton Silvanın müqavilə ilə məxsus olduğu Almaniya "Ştutqart"ındakı taleyinə aydınlıq gəlib. 

Sportline.az xəbər verir ki, "Bild" nəşri komandanın icarədə olan oyunçularının durumu ilə bağlı araşdrıma aparıb. 25 yaşlı braziliyalı cinah oyunçusunun II Bundesliqa təmsilçisində gələcəyinin olmadığı bildirilib. 

Qeyd edək ki, Ailton Silvanın "Qarabağ"la icarə müddəti bu ilin iyulunda yekunlaşır. Onun "Ştutqart"la sözləşməsi isə 2021-ci ilin yayınadəkdir.