"Qarabağ"ın futbolçusu koronovirus haqqında

"Ötən həftəyə qədər normal qaydada məşq etdik. Amma yekunda çempionat dayandırıldı, evdə fərdi məşq etməklə kifayətlənirik".
 
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın ispan yarımmüdafiəçisi Miçel ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
Orta xətt oyunçusu koronavirus pandemiyasının Azərbaycana təsirindən danışıb: "Ticarət mərkəzləri və restoranlar saat 9-dək işləyir.
 
Evdən çıxmaqla bağlı hər hansı problem yoxdu. Bəzi yerlərə girməzdən əvvəl hərarətinizi ölçürlər".