"Qarabağ"ın futbolçusu milliyə çağırıldı
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin də aparıcı futbolçusu sayılır. Sportline.az xəbər verir ki, baş məşqçi Kristian Panuççi komandanın növbəti toplanışına onu da dəvət edib. Təcrübəli müdafiəçi sentyabrın 2-də Albaniyada Lixtenşteyn, 5-də isə səfərdə Makedoniya ilə qarşılaşmalarda meydana çıxacaq. Xatırladaq ki, Albaniya seçməsinin kapitanı 69 oyunda rəqib qapılarına 2 qol vurub.