"Qarabağ"ın futbolçusu "Neftçi"yə keçdi
"Qarabağ"ın futbolçusu Namiq Ələsgərov "Neftçi"yə transfer olunub.
SportLine.az xəbər verir ki, N.Ələsgərov "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu 2014-cü ildən "Qarabağ"da çıxış edirdi.