"Qarabağ"ın futbolçusu "Seltik"də - RƏSMİ
"Qarabağ"ın futbolçusu Kamilo Duranın Şotlandiyanın "Seltik" klubuna keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, artıq tərəflər arasında tam razılıq əldə olunub.
2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən kolumbiyalı futbolçu 45 oyunda 15 qol vurub.
O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off iştirakçısı olub.
"Seltik"in bu keçid üçün Azərbaycan təmsilçisinə 13 milyon manat ödəyəcəyi bildirilir.