"Qarabağ"ın futbolçusundan xeyirxah addım

"Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak formasını hərraca çıxarıb.

Sportline.az xəbər verir ki, polşalı müdafiəçinin bu addımı xeyriyyə məqsədi daşıyıb. O, 52 nömrəli formasına 200 polşa zlatı məbləğində qiymət qoyub. Lakin sonradan bu məbləğ 1300 zlotıya (təqribən 580 manat) yüksəlib. Əldə olunan vəsait Jezniçakın əvvəllər şərəfini qoruduğu "Legiya"nın, Miloş Krjiştof adlı əlil azarkeşinə protez alınmasına sərf olunacaq. 

Jezniçak formasını hərraca çıxardı - FOTOLAR
Jezniçak formasını hərraca çıxardı - FOTOLAR