"Qarabağ"ın legioneri milli komandamızda

"Qarabağ" klubunun xorvatiyalı futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan millisində çıxış edəcək.

Sportline.az  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bununla bağlı bütün hüquqi prosedurlardan keçib. Beş ildir Azərbaycanda olan Ozobiçin vətəndaşlıq da aldığı bildirilir.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"a keçən Filip Ozobiç iyunun 27-də Ağdam klubu ilə müqaviləsini 2023-cü ilin yayınadək uzadıb.