"Qarabağ"ın maraqlandığı futbolçu klubundan ayrılır

"Qarabağ" klubunun, mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias “Boka Xuniors”la yolları ayırmaq üzrədir.

Sportline.az xəbər verir ki, 34 yaşlı qolkiperin iyunun sonunda bitəcək müqaviləsi yenilənməyəcək.

Argentinalı oyunçunun Avropada çıxış etmək ehtimalının olduğu və İspaniya La Liqasındakı "Leqanes" klubunun onunla maraqlandığı iddia olunub. 

Qeyd edək ki, Markos Dias 2019-cu ilin avqustunda Ağdam təmsilçisinin təklifini müsbət cavablandırmamışdı.