"Qarabağ"ın müdafiəçisi zədəsi haqda məlumat verib
"Şerif"lə oyunda İbrahim Şehiçlə toqquşan və 24-cü dəqiqədə meydanı tərk edən Yakub Jezniçakın cavab oyununda iştirakı sual altındadır. Sportline.az xəbər verir ki, polşalı müdafiəçi zədəsi ilə bağlı "Facebook" hesabında məlumat yayıb. Təcrübəli futbolçu zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib: “Təəssüf ki, qapıçı ilə toqquşmadan sonra zədələndim və 24-cü dəqiqədə meydanı tərk etməli oldum. Bunu heç istəməzdim. Ancaq futbolda belə hallar baş verir. Ümid edirəm ki, zədəm ciddi deyil. İndi bütün düşüncəmiz gələn həftə uğurlu çıxış edib, növbəti mərhələyə adlamaqdı. Özümüzə inanırıq”.