"Qarabağ"ın oynayacağı arenada problem yaranıb
|
Madrid "Atletiko"sunun yeni stadionunda problem yaranıb. Sportline.az İspaniya mətbuatına istinadən xəbər veriri ki, ot örtüyünün istilik izolasiyası işləri başa çatmadığı üçün "Vanda Metropolitano" stadionunun damı su keçirib. Madrid klubunun rəhbərliyi narahatlığa əsas olmadığını bildirib: "Biz hələ damın quraşdırılması ilə məşğuluq. Narahat olmayın, sentyabrın 16-da hər şey qaydasına düşəcək”. Qeyd edək ki, "Atletiko” "Vanda Metropolitano"da ilk oyununu sentyabrın 16-da İspaniya La Liqasının 4-cü "Malaqa”ya qarşı keçirəcək. Madridlilər 68 min azarkeş tutumuna malik arenada Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri "Çelsi", "Roma" və "Qarabağ"ı da qəbul edəcəklər.
|