"Qarabağ"ın oyunları canlı yayımlanmayacaq

UEFA Gənclər Liqasında debüt edəcək "Qarabağ"ın oyunları canlı yayımla təqdim olunmayacaq. SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, artıq ilk 4 turda hansı oyunların yayımlanacağı dəqiqləşib.

"C" qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq "Qarabağ"ın U-19 komandasının görüşləri təqdim ediləcək oyunların siyahısında yoxdur.