"Qarabağ"ın oyunu məşhur ispaniyalıya həvalə olundu

"Qarabağ"ın Çempionlar Liqasının "play-off" mərhələsindəki cavab görüşü ispaniyalı hakimlər briqadasına həvalə edilib.

Sportline.az xəbər verir ki, baş hakim Alberto Undiano Malyenkoya Roberto Alonso və Raul Kabanero yan xətt, Alexandro Hernandes və Xose Maria Sançes Martines əlavə köməkçi hakimlər, Dieqo Barbero Sevilya isə dördüncü hakim qismində yardımçı olacaqlar.

Xatırladaq ki, avqustun 23-də Danimarka paytaxtının "Parken" stadionunda keçiriləcək "Kopenhagen" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.