"Qarabağ"ın oyunu qadın hakimə tapşırıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI turun sabah keçiriləcək oyunları üçün təyinatlar məlumdur. SportLine.az xəbər verir ki, günün ilk görüşü olan “Sumqayıt” – “Qarabağ” matçının baş hakimi xanım referi olacaq.

Qarşılaşmanı Səbayel Kuzutürkün başçılıq etdiyi briqada idarə edəcək.

Əvəzedicilərin yarışı

XXI tur
3 mart (cümə)

14:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Səbayel Kuzutürk, Gülyanə Özcan, Samir Ələsov, Muxtar Acalov
Hakim-inspektor: Vasif  Məmmədov
Sumqayıt şəhər stadionu

15:00. “İnter” – “Qəbələ” 
Hakimlər: Kərim Kərimov, Elçin Əsədov, Mirzə Fərzəliyev, Venera Kahriç
Hakim-inspektor: İrina  İsgəndərova
“İnter Arena”

Banner