"Qarabağ"ın oyunu ruslara həvalə olundu

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Göteborq” oyununa hakim təyinatları açıqlanıb.
SportLine.az  UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, cavab qarşılaşması  rusiyalı hakimlərə həvalə olunub.
Görüşün baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim funksiyasını  Kirill Levnikov yerinə yetirəcək. Xatırladaq ki,  avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq

Banner