"Qarabağ"ın oyunu üçüncü yerdə
UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Liverpul" - "Qarabağ" oyunu VIII turda azarkeş sayına görə üçüncü olub.
Sportline.az xəbər verir ki, "Enfild Roud" stadionunda keçirilən görüşü 60043 azarkeş izləyib.
"Borussiya" (Dortmund, Almaniya) - "İnter" matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.
"Benfika" (Portuqaliya) - "Real" (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 azarkeş olub.
Qeyd edək ki, "Qarabağ" "Liverpul"a altı cavabsız qolla uduzub. Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "köhlən atlar" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.