"Qarabağ"ın oyununa bilet satışında son vəziyyət
"Qarabağ"ın Kiprdə AEL-ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa maraq qeyri-qənaətbəxş səviyyədədir.
Sportline.az "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, Limassol təmsilçisi bilet satışından razıl deyil.
7 400 nəfərlik azarkeş tutumuna malik "AEK Arena"nın tirbunalarında xeyli boşluğun olacağı gözlənilir. Klub oyun saatlarınadək vəziyyətin dəyişəcəyinə ümid edir.
Qeyd edək ki, bu gün oynanılacaq AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra gerçəkləşəcək.