"Qarabağ"ın oyununa biletlər satışda

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun Portuqaliyanın “Benfika” klubu ilə “Qarabağ” klubları arasında Lissabonda keçiriləcək oyununun biletləri satışa çıxarılıb. 

Sportline.az xəbər verir ki, biletlərin qiyməti sektordan asılı olaraq 25, 30, 40, 50 və 60 avro (təxminən 50, 60, 80, 100 və 120 manat) təşkil edir. 

"Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da "Estadio da Luj" stadionunda keçiriləcək və görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.