"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ" və Şotlandiyanın "Aberdin" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək ilk oyununa bugünədək 5 min 500 bilet satılıb.

Sportline.az xəbər verir ki, bu oyun üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlanacaq.

Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada olacaq.