"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ" sabah Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq. 

Sportline.az xəbər verir ki, Şotlandiyada bu qarşılaşmaya maraq böyükdür. "Aberdin"in mətbuat xidmətinin yaydığı məlumata görə, matç üçün satışa çıxarılan biletlərin 15 mini artıq satılıb. Görüş başlayana kimi qalan 3 min biletin də satılacağı və 18 min tamaşaçı tutumuna malik "Pittodrie Stadium"un tam dolacağı gözlənilir.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.