"Qarabağ"ın oyununu rekord sayda azarkeş izlədi
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Kopenhagen" görüşündə rekord qeydə alınıb.
SportLine.az xəbər verir ki, matçı stadiondan 31 min 250 tamaşaçı izləyib ki, bu da cari mövsüm üçün ən böyük göstəricidir.
Qeyd edək ki, bunadək də rekord "Qarabağ"a məxsus idi. Ağdam təmsilçisinin "Şerif"lə görüşünü 26 min tamaşaçı stadiondan izləmişdi.