"Beşiktaş"dan Sarr həmləsi
“Beşiktaş” İngiltərənin “Tottenhem” klubunda çıxış edən Pepe Matar Sarrın transferi üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı seneqallı yarımmüdafiəçi üçün 25 milyon avro büdcə ayırıb. Məlumata görə, “Tottenhem” futbolçunun “Beşiktaş”a transfer olmasına razılıq verib. Bildirilir ki, transferin reallaşması üçün əsas məsələ futbolçunun öz gələcəyi ilə bağlı qərar verməsidir. Sarrla “Qalatasaray”ın da maraqlandığı, “Monako”nun isə transfer yarışından çəkildiyi bildirilir. Bununla yanaşı, futbolçunun menecerləri onu İtaliyanın “Yuventus” klubuna təklif edib.
“Beşiktaş” rəhbərliyinin isə Sarrın qərarını gözlədiyi və transferi yekunlaşdırmaq üçün danışıqları davam etdirdiyi qeyd olunur.