Gabriel Meci "Fənərbağça"ya keçir
“Fənərbağça” gələcəyin ulduzları sırasında göstərilən braziliyalı futbolçu Gabriel Meci transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 2008-ci il təvəllüdlü yarımmüdafiəçinin çıxış etdiyi “Qremio”ya 12 milyon avro təklif edib.
Qeyd edək ki, gənc futbolçu oyun üslubu və texniki imkanlarına görə əfsanəvi Ronaldinyoya bənzədilir. Braziliya mətbuatında “Yeni Ronaldinyo” adlandırılan Mec hər iki ayağından istifadə etməsi və dar sahədə rəqiblərini asanlıqla keçməsi ilə seçilir.
Mecin çıxışı Avropanın bir sıra nəhəng klublarının da diqqətini çəkib. “Çelsi”, “Real Madrid” və PSJ-nin braziliyalı futbolçu ilə maraqlandığı bildirilir.