"Qarabağ"ın qalmaqallı oyunundan daha bir görüntü

“Qarabağ”ın rəsmi sosial şəbəkə səhifələri “Düdelanj” – “Qarabağ” görüşündə dron qalmaqalı zamanı baş verən daha bir hadisənin videosunu paylaşıb.

Sportline.az xəbər verir ki, videoda Lüksemburqun idman naziri dövləti adından erməni təxribatına görə üzr istəyir. Bu zaman “Qarabağ”ın kapitanı Rəşad Sadıqov dronun meydana enməməsi üçün qarşı tərəfi tədbir görməyə çağırır.

Lüksemburqlu nazirin fikirlərini Rəşad Sadıqova çatdıranın isə Azərbaycan səfirliyinin nümayəndəsi olduğu bildirilir.