"Qarabağ"ın rəqibi Bakıya gəlir
Şotlandiyanın "Aberdin" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yollanıb.
Sportine.az xəbər verir ki, komanda günün ikinci yarısında Azərbaycan paytaxtında olacaq.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlanacaq. Cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.


