"Qarabağ"ın rəqibi hücumçusunu itirdi
"Qarabağ"ın ÇL-in qrup mərhələsindəki son rəqibi "Roma" hücumçusunu itirib. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, İtaliya A seriyasının 14-cü turunda "Cenoa" ilə görüşdə (1:1) zədələnib. Tibbi müayinədən keçən 26 yaşlı hücumçunun sol dizaltı vətərində problem aşkarlanıb. Onun yaşıl meydana nə vaxt qayıdacağı məlum deyil.
Xatırladaq ki, "Roma" dekabrın 5-də "Qarabağ"ı qəbul edəcək.